Tacikistan Prezidenti Emoməli Rəhmon və onun hökumət üzvlərinin Kulyab şəhərində Müstəqillik Günü ilə bağlı keçirilən tədbir zamanı rəqsin videosu sosial şəbəkələrdə yayılıb.
Videoda Emoməli Rəhmonun məşhur müğənni Dövlətmand Holovun bəstələdiyi mahnısına rəqs etməyə başladığı göstərilir. Konkret.az-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbiri xəbər verir ki, Xatlon vilayətinin başçısı Qurbon Hakimzoda və Kulyab şəhərinin meri Bahrom İnoyatzoda prezidenti alqışla müşaiyət ediblər. Videonun davamında prezident protokolu xidmətinin rəhbəri Xatlon bölgəsinin rəhbərinə yaxınlaşır və qulağına nəsə pıçıldayır, bundan sonra Qurbon Hakimzoda da prezidentlə birlikdə rəqs etməyə başlayır.
Qeyd edək ki, Emoməli Rəhmon ictimai tədbirlərdə və konsertlərdə ən sevdiyi mahnıların melodiyalarına rəqs etməyi sevir.
Sonuncu dəfə o, martın 22-də Novruz bayramına həsr olunmuş konsertdə rəqs edib.
İ.MUSAYEV