Prezident Sauli Niinistö:  “Finlandiyada nüvə silahı yerləşdirilməyəcək”backend

Prezident Sauli Niinistö: "Finlandiyada nüvə silahı yerləşdirilməyəcək"

Finlandiya NATO-ya üzv olacağı təqdirdə öz ərazisində nüvə silahı yerləşdirmək planı yoxdur.

KONKRET.az Yle”yə istinadən xəbər verir ki, bunun Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

O vurğulayıb ki, alyans ölkələrindən heç biri Finlandiya tərəfinə belə təkliflərlə çıxış etməyib.

“Nüvə silahları NATO-nun çəkindirmə qüvvələrinin tərkib hissəsidir. Nüvə müharibəsinin qalibi olmur və heç vaxt aparılmamalıdır”, – siyasətçi vurğulayıb.

Niinistö həmçinin Finlandiyanın Ukraynanı dəstəkləmək niyyətində olduğunu açıqlayıb:

“Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququ var. Rusiya ordusunun Ukrayna torpaqlarında olmağa haqqı yoxdur”.

Xatırladaq ki, bundan əvvəl “İltalehti” qəzeti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı qanun layihəsinin ölkədə kütləvi qırğın silahlarının yerləşdirilməsinə icazə verdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Finlandiya və İsveç may ayında yenidən NATO-ya üzv olmaq üçün müraciət edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*