Prezident sərəncam imzaladıbackend

Prezident sərəncam imzaladı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi dəyişib.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılır.

Siyahıya Mehman İsmayılov – Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri və Əli Cəfərov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini əlavə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*