Prezident və xanımı Moskvanın və Bütün Rusiyanın Patriarxına BAŞSAĞLIĞI VERDİbackend

Prezident və xanımı Moskvanın və Bütün Rusiyanın Patriarxına BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.

KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.

  • Aslan
    İyun 11, 2021 - 13:32

    Mehriban instagram hesabında Bakı və bütün Azərbaycan yepiskopu yazıb, mehribanın kristiyan olduğunu bilirdik ama bütün Azərbaycanı kristiyanlaşdırmasını yeni görürük

Aslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*