Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın anası Şeyxa Fatimə bint Mübarək Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün təxminən 13 milyon 600 min dollar yardım edib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri Qadınlar Birliyinin sədri olan Şeyxa Fatimə Qızıl Aypara Cəmiyyətinin başlatdığı 50 milyon dirhəm (təxminən 13 milyon dollar) yardım kampaniyasına dəstək verməyi tapşırıb.
WAM agentliyinin məlumatına görə, yardım zəlzələnin yaratdığı humanitar fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəlib.
Qeyd edək ki, BƏƏ Türkiyə və Suriyaya axtarış-xilasetmə qrupları, humanitar yardım göndərib.

İqbal Rzayev,
KONKRET.az
