Prezidentin köməkçisi: “Ermənistan dinc insanlara qarşı terror siyasəti yürüdür”backend

Prezidentin köməkçisi: "Ermənistan dinc insanlara qarşı terror siyasəti yürüdür"

“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter”də yazıb.

Hikmət Hacıyev Ermənistanın humanitar atəşkəsdən istifadə edərək terror siyasətinə davam etdiyini bildirib:

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*