Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi bu vəziyyətdə dünyasını dəyişib – TƏFƏRRÜAT / YENİLƏNİBbackend

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi bu vəziyyətdə dünyasını dəyişib - TƏFƏRRÜAT / YENİLƏNİB

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi Tərlan Qədirovun vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

KONKRET.az xəbər verir ki, “Unikal”-ın əldə etdiyi məlumata görə, T. Qədirov “Excelsior” otelinin idman zalında məşq edirmiş. Məşqdən sonra buxar otağına keçib. Özünü pis hiss etdiyindən “Məni çölə çıxarın” deyərək dünyasını dəyişib.

Qeyd edək ki, T. Qədirov  bir müddət əvvəl koronavirusdan müalicə alıb.

20:15

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün Bakıda idman zalında baş verib.

Belə ki, təcili tibbi yardım çağırılsa da, anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət etsin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*