Prezidentin xalqa müraciətini Xankəndi-Laçın yolundakı aksiyaçılar da izlədilərbackend

Prezidentin xalqa müraciətini Xankəndi-Laçın yolundakı aksiyaçılar da izlədilər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyanın iştirakçılarına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini izləmək üçün şərait yaradılıb.

KONKRET.az-ın xəbərə görə, dövlət başçısının bayramlarla bağlı ənənəvi müraciətini onlar ərazidə quraşdırılmış iri monitordan İctimai TV-nin yayımı vasitəsilə izləyiblər.

Dövlət başçısının çıxışı aksiya iştirakçılarının alqışları və coşqusu ilə qarşılanıb.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*