Rusiya prezidenti Vladimir Putin gələn həftə Sankt-Peterburqda keçiriləcək Rusiya Qanunvericilər Şurasının iclasında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Москва. Кремль. Путин” Teleqram kanalının müəllifi Pavel Zarubin məlumat yayıb.
O bildirib ki, son dərəcə kəskin beynəlxalq vəziyyətdən danışılacaq.
Bundan əlavə, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu atom elektrik stansiyasına yanacağın çatdırılması mərasimində videokonfrans vasitəsilə iştirak edəcəklər.
