Prezidentlərin övladları Düşənbədə görüş keçirdilər – FOTOLARbackend

Prezidentlərin övladları Düşənbədə görüş keçirdilər - FOTOLAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, noyabrın 28-də Düşənbə şəhərinin başçısı Rüstam Emoməli (Tacikistan prezidentinin oğlu) Tacikistanda işgüzar səfərdə olan Dünya Etnosport Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğanın (Türkiyə Prezidentinin oğlu) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Söhbətin əsas mövzusu Ümumdünya Etno-İdman Konfederasiyası çərçivəsində əməkdaşlığın qurulması məsələsi olub.

Bildirilib ki, Düşənbədəki dövlət hakimiyyətinin icra orqanının Türkiyə hökumətinin strukturları ilə əməkdaşlığı genişlənir və bu gün 20-yə yaxın türk şirkəti Tacikistanın paytaxtında öz nümayəndəliklərini açıb.

İki ölkə arasında əməkdaşlıq sahələrindən biri də idman əlaqələridir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bir cavab yazın