“Akademik İsa Həbibbəyli “40 yaşına qədər müdafiə etmiş elmlər doktorlarının sayı azdır” deməklə guya elmin qeydinə qalır. Parodiya! Bəyəm, Azərbaycan gerçəkliyində “elmlər doktoru”, “professor”, “akademik” rütbəsi alan şəxslər savadlı olur?! Guya bilmirsiniz ki, o diplomlar hansı yolla qazanılır? Savad titulla olsaydı, onda siz akademik kimi ən savadlı şəxslərdən olardınız. Siz ki, bu şişirtmə işlərin bilicisisiniz”.
KONKRET.az xəbər verir ki, bu sözləri professor, AMEA-da Dilçilik İnstitutunun şöbə müdiri İdris Abbasov öz facebook səhifəsində yazıb.
Daha sonra o əlavə edib:
“Nəinki 40 yaş, hətta 33 yaşında da istədiyiniz adama elmlər doktoru, hətta akademik yarlıkı yapışdırırsınız. Əlinizdə deyilmi? Azmı dostlarınızı akademik düzəltmisiniz?! Azmı elmin başına yekə daşlar salmısınız?! Bir xalq kimi evimizi yıxmamısınızmı?! Nə istəyirsiniz bizdən?! Bəsdirin! Zərrə qədər də olsa, insafınız, vicdanınız olsun, buraxın yaxamızı! Madam ki, bioloji yaş təsnifatı aparırsınız, o zaman çıxın, gedin, oturun milyonluq villalarınızda, canımız qurtarsın sizdən! Çörəyimizi əlimizdən alıb haqqımızı yeməklə varlanmısınız, əhli-əyalınızı da titullandırıb dərəcələndirib, vəzifələndiribsiniz, xalqın canına daraşdırıbsınız”, – deyə professor fikrini ifadə edib.
O bildirib ki, elmi dərəcə, elmi ada sahib kifayət qədər insan var, fəqət ortada elm yoxdur, məddahlıq, yaltaqlıq, riyakarlıq, yalan, saxtakarlıqlar var, rüşvət, alıb-aldatmaq, bir sözlə, dövləti zəiflətmək fəaliyyətləri var.
“Nə yazıq ki, elmin və mənəviyyatın başını kəsmisiniz! İsa Həbibbəyli! Axı siz heç vaxt elmin qeydinə qalmamısınız və qala da bilməzsiniz! Xeyir ola, Azərbaycan dilinin ilk elmi qrammatikasını və digər fundamental işləri görməzdən gəlirsiniz, dövlət əhəmiyyətli gerçək alim əməyinə nifrət və paxıllıq edirsiniz. Amma əlbir olduğunuz plagiat kitaba pul ayırıb reklam edirsiniz, acıq verirsiniz, milləti məhv edən ədavət toxumu səpirsiniz. Orfoqrafiya ilə əyləndiyiniz kimi, indi də bioloji yaşla əylənib elmi dərəcə oyunu oynayırsınız. Sadəcə, belə mövzularla dövlət üçün əhəmiyyətli məsələlərdən ustalıqla yayınır və canınıza cəfa basmırsınız. Cənab İsa Həbibbəyli! Məsələn, siz akademiksiniz. Bəs onda niyə elmlər doktorları ilə əlbir olub plagiatlıq edirsiniz?! Üstəlik, həmin üzüqara kitabı dövlət vəsaiti hesabına çap etdirir, yüz minlərlə qrantın, elmə ayrılmış milyonların mənimsənilməsinə göz yumursunuz. Biz yetimlərə, kimsəsizlərə Dövlət lazımdır, anlayırsınızmı?! Sizi cibiniz, milyonlarınız düşündürür, bizi isə bizə sahib çıxacaq Dövlət! Sarsılmaz Dövlət istəyirik ki, hüquqlarımızı qorusun! Əliəyrilərə, oğru və rüşvətxorlara isə güclü Dövlətin olması sərf etmir! Sizlərin şəxsi ambisiyaları, varlanmaq ehtirası dövləti zəiflədir, ölkəni tari-mar edir”, – deyə İdris Abbasov əlavə edib.
O, qeyd edib ki, tarix bütün bu akademik yalanların, saxtakarlıqların, xəyanətlərin qiymətini verəcək:
“Dövlət və xalq üçün təmiz və faydalı iş görən sıravi alimə nifrət edən, kəmsavad titullularla bağrıbadaş olan akademik nəinki elmimiz üçün, xalqımız və dövlətimiz üçün fəlakətdir!”, – deyə professor fikrini tamamlayıb.



İsa Həbibbəyli Azərbaycan elminin üz qarasıdır. Onun məqsədi qalmış elmi potensialı birdəfəlik məvh etməkdir və bu məqsədə də nail olacağı şübhəsizdir!
Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov dilşilik elminin vicdanıdır… Onun bu sahədə müsbət rəyi sınaqdan çıxmış, təkzibedilməz etolondur… Ona görə də, “İzahlı dilçilik terminləri lüğəti” kitabını fundamental tədqiqat işi hesab edirəm!!
Halal olsun professor İdris Abbasova.Dediyiniz kimi belə savadsız rüşvətxor,səviyyəsiz yalançı “akademik”,”professorlar dan”cəmiyyəti,milləti qurtarmaq lazımdır,özü və özukimilər elmi təhsili bərbad günə qoydu,oğlu da gömrüyü yeyib taladılar,millətə də özlərini dövlətçilik üçün vuruşdüqlarını sırımaq istəyirlər.Yaxşı ki, İdris Abbasov kimi professor,alimlərimiz var az da olsa.
Halal olsun professor İdris Abbasova.Dediyiniz kimi belə savadsız rüşvətxor,səviyyəsiz yalançı “akademik”,”professorlar dan”cəmiyyəti,milləti qurtarmaq lazımdır,özü və özukimilər elmi təhsili bərbad günə qoydu,oğlu da gömrüyü yeyib taladılar,millətə də özlərini dövlətçilik üçün vuruşdüqlarını sırımaq istəyirlər.Yaxşı ki, İdris Abbasov kimi professor,alimlərimiz var az da olsa.
Hipotetik olaraq bir anlığa düşünık ki, İdris Abbasov AMEA-nın prezidentidir. Azərbaycanda, ən azından AMEA-da elmin inkişafı ilə bağlı platformasını təqdim edə bilərmi? Oxusaydım çox şad olardım. Professor titullu birinin AMEA prezidentini belə bayağı, ucuz ifadələrlə aşağılaması yaraşmayan hərəkətdir. İsa Həbibbəyliyə qədərki AMEA prezidentlərinin hansı Azərbaycanda elmin inkişafına ciddi təsir göstərə bilib-lərmi? Azərbaycanda elmin bugünkü durumunda son illərin istənilən Nobel ödüllü biri belə nə İsa Həbibbəylidən, nə də hansısa başqa birindən artıq nəyəsə nail ola bilməz. İdris Abbasov kimi dil qəhrəmanlarından hansısa birinin AMEA prezidenti, ya da institutlardan birinə direktor təyin ediləcəkləri halda (hipotetik olsa da) hansı platforma ilə çıxış edəcəkləri, elmin inkişafı ilə bağlı nə təklif edəcəkləri doğrudan ciddi maraq doğurur. Akademiya mətbəxi ilə az-çox tanış olan biri kimi tam əminliklə deyirəm: heç nə təklif edə bilməzlər.