Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 77-NH-723 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilinin sürücüsü Natiq Nəsibov idarəetməni itirərək yoldan çıxıb. Nəticədə nəqliyyat vasitəsi beton konstruksiyalı ayırıcı səddə çırpılıb və deformasiyaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.\\oxu.az
