Ermənistanın Baş naziri Nikol Paşinyan 23 apreldə, qondarma erməni soyqırımının ildönümü ərəfəsində İrəvanda keçirilən yürüşdə Türkiyə bayrağını yandırılmasını pisləyən bəyanat verib.
KONKRET.az xəbər verir ki, Baş nazir qeyd edib: “Bu, açıq-aşkar təxribatçı və gərginlik yaradan davranışdır. Bu, məsuliyyətsiz və qəbuledilməzdir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır”.
Bayrağın yandırılmasını Milli Məclisin sədri Alen Simonyan da tənqid edib: “24 aprel ərəfəsində istənilən ölkənin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq mənasız, utancverici və çox pislənən bir hərəkətdir. Mən bu cür addımları sülhə və gələcəyə qarşı acınacaqlı və qəbuledilməz təxribatlar hesab edirəm”./teleqraf
