Pulunuzu ütüləyin – Sözün əsl mənasındabackend

Pulunuzu ütüləyin - Sözün əsl mənasında

Gürcüstanın Poti şəhərində kənd təsərrüfatı bazarında koronavirusa görə kağız pullar ütülənir.

KONKRET.az xəbər verir ki, bununla bağlı qonşu ölkədə xüsusi qayda tətbiq olunub.

Metal sikkələr spirtlə dezinfeksiya edilir, kağız pullar isə sözün əsl mənasında ütülənir. Bundan əlavə, bazarda vətəndaşların termoskriminasiyası aparılır, onlara əlcəklər də paylanılır.

Qeyd edək ki, bu ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün digər tədbirlər də görülür.

Hazırda Gürcüstanda infeksiyaya yoluxanların sayı 170 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*