Putin: “Azərbaycan-Ermənistan sərhədindəki insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur” – VİDEObackend

Putin: "Azərbaycan-Ermənistan sərhədindəki insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur" - VİDEO

Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Həqiqətən də biz baş verənlərdən və itkilərdən təəssüflənirik. Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Bu da, sizə Rusiyanın münaqişəni dayandırmaq üçün resursları…”, – deyə Putin jurnalistin “Necə hesab edirsiz, Rusiyanın Ukraynaya başının qarışmasından istifadə edən bəzi qüvvələrin Qarabağda vəziyyəti gərginləşdirmək cəhdləri baş verirmi və Rusiyanın bu münaqişəni nizamlamaq üçün kifayət qədər resursları varmı? sualına cavabında qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*