Putin Baydenin təhqirinə cavab verdi – VİDEObackend

Putin Baydenin təhqirinə cavab verdi - VİDEO

Kazanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin onun haqqında söylədiyi “dəli köpək oğlu” sözlərinə cavab verib. 

KONKRET.az xəbər verir ki, Putin amerikalı liderin təhqirinə ironiya ilə reaksiyasını bildirib:

“Mən hələ də ABŞ-da gələcək prezident seçkilərində Baydenin qələbəsini üstün hesab edirəm. Mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha üstündür. Onun dediklərinə əsasən, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə deyə bilməz: “Volodya, çox sağ ol, mənə çox kömək etdin”, – deyə Putin əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*