Putin Boqdanovun vəzifəsini daha bir il uzatdıbackend

Putin Boqdanovun vəzifəsini daha bir il uzatdı

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanovun dövlət qulluğu müddətini bir il uzadıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı sərəncam rəsmi informasiya portalında dərc olunub.

Boqdanov 1952-ci ildə anadan olub. 1974-cü ildən diplomatik xidmətdədir.

2011-ci ilin iyun ayından Rusiya xarici işlər nazirinin müavini, 2014-cü ilin oktyabr ayından isə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*