Rusiya Prezidenti Vladimir Putin yeni dövlət bayramı təsis edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyası ilə birləşməsi günü bayram kimi qeyd olunacaq.
Həmin bayram sentyabrın 30-da qeyd ediləcək.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, 2022-ci il sentyabrın 30-da Putin Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi haqqında müqavilə imzalayıb.