Putin: “İlin sonunda “Sarmat” döyüş növbətçiliyində olacaq”backend

Putin: “İlin sonunda “Sarmat” döyüş növbətçiliyində olacaq”

Bu gün zabit və əsgərlərimiz vətənimiz, xalqımız uğrunda fədakarlıqla döyüşür, Donbası neonasistlərdən müdafiə edirlər.

KONKRET.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.

O, Rusiyanın Silahlı Qüvvələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.

Putin dünyada analoqu olmayan S-500 komplekslərinin qoşunlara daxil olmağa başladığını da xatırladıb.

Rusiya Prezidenti “Sarmat” strateji raket sisteminin ilin sonunda döyüş növbətçiliyində olacağını da qeyd edib.

Qeyd edək ki, “Sarmat” ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketə malik beşinci nəsil Rusiya strateji raket sistemidir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*