Putin Kiyevi hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa ÇAĞIRDIbackend

Putin Kiyevi hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa ÇAĞIRDI

Putin Kiyevi hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə çıxışı zamanı Kiyevi hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

“Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, – deyə Putin cümə günü Rusiyaya dörd yeni ərazinin daxil olması mərasimində çıxış edərkən deyib.

Rusiya Prezidenti əlavə edib ki, Rusiya dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*