“Putinin mane olmasa, Berlinə qədər alacağıq”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı video yayıb. “Kadırovçu”lardan biri jurnalistlərə müsahibəsi zamanı Berlinə çatmağın məqsədi barədə açıqlama verib. Yol boyu qoşunlar Ukraynanın cənub şəhərlərini ələ keçirməyi planlaşdırır.
“Nikolaevsk, Xerson və Odessanı da alacağıq. Vladimir Vladimiroviç Putin bizi dayandırana qədər biz hələ Berlinə də çatacağıq. Biz qalib gələcəyik, buna heç bir şübhə yoxdur”, – “kadırovçu” deyib.
Xatırladaq ki, bu, Ukraynaya genişmiqyaslı işğaldan sonra Rusiyadan Almaniya üçün ilk təhlükə deyil. Martın ortalarında Ukrayna Silahlı Qüvvələri işğalçıların Mi-24 helikopterini vurub. Avadanlığın gövdəsində “Berlinə” yazısı var idi. Bu helikopterlərin seriyalı istehsalına yalnız 1971-ci ildə başlanılıb.
Xuraman Etibarlı,
KONKRET.az
