“Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi sülhə aparan ən doğru yoldur”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammiti zamanı Nikol Paşinyanla görüşündə deyib: “Sizin bu gün Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparmağınız bizim tədbir üçün müsbət haldır. Logistika regionda mühüm əməkdaşlıq sahəsidir. Sizin Azərbaycanla və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətiniz daha vacibdir. Sərhədin delimitasiyası prosesinin başlandığını qeyd etmək çox xoşdur və bu, sülhə aparan düzgün yoldur”, – deyə Putin bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az