backend

Putin Tovuzdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan sərhədindəki münaqişə haqda danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Mənbə bildirir ki, dövlət başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə vəziyyəti müzakirə edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva davam edən eskalasiyadan çox narahatdır.

“Tərəflər arasında atəşkəsin təmin edilməsinə, həmçinin vasitəçilik fəaliyyətinə böyük ehtiyac var”, – deyə o, qeyd edib.

Kremlin nümayəndəsi deyib ki, Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinə Əbu-Dabi vəliəhdi Məhəmməd Əl Nahyan, İran prezidenti Həsən Ruhani və Almaniya kansleri Angela Merkel ilə telefon danışığı barədə də məlumat verib.

Bundan əvvəl Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan bildirmişdi ki, İrəvan Bakı ilə münaqişənin həllində Moskvanın vasitəçiliyinə ümid edir.

Diplomatın sözlərinə görə, İrəvanda çox inanırlar ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində baş verənləri dayandırmaq üçün vasitəçilik səylərini göstərə biləcək.

Ermənistan-Azərbaycan sərhədində döyüşlər iyulun 12-də başlayıb. Azərbaycan 12 hərbçisini, Ermənistan isə dörd əsgərini itirdiyini bildirib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*