Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
KONKRET xəbər verir ki, Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edir.
Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.
Putin iclasda “Donetsk və Luqansk Xalq Respublikaları”nın rəhbərlərinin müstəqilliyinin tanınması ilə bağlı müraciətlərinin müzakirə olunacağını açıqlayıb.
***
13:23
Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
O bildirib ki, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.
Onun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim ediləcək.
Bununla belə, o, tədbirin mövzusu barədə məlumat verməyib.
