Putin Ukraynada Koreya senarisi tətbiq edəcək – Budanovbackend

Putin Ukraynada Koreya senarisi tətbiq edəcək - Budanov

Rusiya Ukraynaya Koreya senarisini tətbiq etməyə və bütün işğal olunmuş əraziləri vahid kvazi-dövlət qurumunda birləşdirməyə çalışacaq.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Budanov deyib.

“Kiyev yaxınlığındakı uğursuzluqlardan və Ukraynanın mərkəzi hökumətini devirmək mümkün olmayandan sonra Putin artıq əsas əməliyyat istiqamətlərini cənub və şərqə doğru dəyişir. Onun Ukrayna üçün Koreya senarisini nəzərdən keçirdiyini düşünməyə əsas var. Yəni ölkəmizin işğal altında olmayan və işğal altında olan rayonları arasında xətt tətbiq etməyə çalışacaq. Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir”, – Budanov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*