“Putin Ukraynaya münaqişə “səpdi” və indi o, “acı meyvələr” yığır” – “FORBES”backend

“Putin Ukraynaya münaqişə "səpdi" və indi o, "acı meyvələr" yığır” - "FORBES"

Qəfil toparlanmış Qərb cəmi bir neçə gün ərzində Rusiya iqtisadiyyatına ciddi zərbə vuran sanksiyalar tətbiq etdi. Bununsa tək günahkarı Putinin özüdür. O, Qərbə Soyuq Müharibədən bəri heç bir Amerika prezidentinin ona verə bilmədiyi qətiyyət verdi.

Rusiya iqtisadiyyatı çöküş içindədir və Vladimir Putinin qlobal iqtisadiyyatla əlaqələri kəsilib.

Biz gördük ki, birdən-birə güclənən Qərb necə qətiyyətlə toparlandı və cəmi bir neçə gün ərzində Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cavab olaraq yeni sanksiyalar tətbiq etdi. Bunu ilk növbədə ABŞ, Avropa Birliyi, İngiltərə və Kanada etdi. Əvvəlcə Almaniya və bir neçə Aİ üzvü tərəddüd edirdi. Lakin indi onlar da Rusiyanı SWIFT ödəniş sisteminə girişdən məhrum etməyə çalışan hər kəslə birlikdədirlər. G7-nin maliyyə nazirləri gələcək birgə fəaliyyətə hazır görünürlər. ABŞ Konqresindəki hər iki partiya yeni maliyyə sanksiyalarının və hətta Rusiyadan neft və qaz idxalına qadağa qoyulmasının tərəfdarıdır.

ABŞ və Aİ Rusiyanın əsas sənaye sahələrini və silahlı qüvvələrini kritik texnologiyalara çıxışdan məhrum etmək üçün səylərini yaxından əlaqələndirirlər. Kanada və Böyük Britaniya ilə əməkdaşlıq sayəsində bu səylər daha effektiv olur.

Rusiya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və ölkənin pensiya sistemini təmin edən Milli Sərvət Fonduna qarşı dağıdıcı sanksiyalar tətbiq edilib. Rejimə bağlı şəxslərə və onların ailələrinə qarşı sanksiyaların siyahısı gündən-günə artır. Hazırda əsas dağ-mədən, nəqliyyat və logistika şirkətlərinin aktivləri dondurulur.

Sadə ruslar dünyanın Ukraynadakı vəziyyətdən nə qədər iyrənc olduğunu öz təcrübəsindən gördülər.

Onlar artıq xarici valyutada onlayn alış-veriş etmək üçün kredit kartlarından sərbəst istifadə edə bilmirlər. Yayılan fotolar SWIFT, Apple və Google ödəniş sistemlərinin səyahət maqnit kartlarını söndürdükdən sonra moskvalıların metronun girişlərində necə sıxışdığını göstərir.

“Forbes” nəşri. 3 mart 2022-ci il.

Tərcümə etdi: Lətif.A.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*