Putin Ukraynaya xəbərdarlıq etdibackend

Putin Ukraynaya xəbərdarlıq etdi

Rusiya Silahlı qüvvələri bir müddət əvvəl Ukraynada həssas nöqtələrə bir neçə zərbə endirib. Hesab edək ki, bunlar xəbərdaredici zərbələrdir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Əgər vəziyyət bu cür davam etsə, cavablar daha ciddi olacaq. O ki, qaldı terror aktlarına, bəli, bunlar ciddi şeylərdir. Terrorçu metodlardan istifadə olunur. Biz azad olunmuş ərazilərdə vəzifəli şəxslərə qarşı terror aktlarının törədildiyini görürük. Biz hətta Rusiya Federasiyası ərazisində terror aktları törətmək cəhdlərini görürük, o cümlədən, bilmirəm, bu barədə ictimaiyyətə açıqlanıb ya yox, amma Rusiya Federasiyası ərazisində nüvə obyektlərinin ətrafında, atom elektrik stansiyalarımızın ərazilərində terror aktı törətməyə cəhdlər olunub. Biz bunları görürük, bunlara nəzarət edirik. Əgər onlar bu cür metodların yolverilməz olduğunu anlamasalar, buna cavab alacaqlar”,-deyə Putin vurğulayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*