Putin yeni bölgələrə səfər edəcək? – Peskovdan açıqlamabackend

Putin yeni bölgələrə səfər edəcək? - Peskovdan açıqlama

“Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “yeni regionlarına” səfər etməyi planlaşdırmır”.

KONKRET.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələ yox, görüləsi çox iş var. Lakin zamanla bu, mütləq baş verəcək”, – deyə Peskov bildirib.

Qeyd edək ki, bu gün Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsinə dair sazişlər imzalanıb. Çıxışı zamanı V.Putin söz verib ki, Rusiya “yeni regionların” təhlükəsizliyini təmin edəcək, eləcə də onların döyüşlər zamanı zədələnmiş infrastrukturunu bərpa edəcək.

Rusiya prezidenti həmçinin bildirib ki, Rusiyaya birləşdirilən ərazilərin sakinləri Rusiyanın daimi vətəndaşları olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*