Rusiya Prezidenti Vladimir Putin yeni Volga K50 avtomobilini şəxsən sınaqdan keçirib.
KONKRET.az xəbər verir ki, Rusiya lideri Nijni Novqorod istehsalat klasterində yeni avtomobili idarə edərək bir sexdən digərinə gedib. Səfər zamanı onu şirkət nümayəndəsi müşayiət edib.
Putin avtomobil klasterinin əməkdaşlarının yanından keçərkən zarafatla deyib: “Onlar qorxdular. Fikirləşdilər ki, burada yeni başlayan sürücüdür. Yox, yox, hər şey qaydasındadır”.
Bundan əvvəl dövlət başçısına yeni Volga avtomobillərinin texniki xüsusiyyətləri barədə məlumat verilib. Putin əvvəlcə sürücü oturacağını, daha sonra isə sərnişin oturacağını şəxsən yoxlayıb.
Yeni Volga K50 ilə hərəkət etdikdən sonra jurnalistlər prezidentdən avtomobil barədə təəssüratlarını soruşublar.
“Maşın yumşaq gedir. Salonda sakitdir, çox yaxşı idarə olunur, – Putin avtomobili belə qiymətləndirib.
Günay Əli
KONKRET.az
