Putindən İrəvanla bağlı sərt qərar: minlərlə erməni zərər görəcəkbackend

Putindən İrəvanla bağlı sərt qərar: minlərlə erməni zərər görəcək

“Bişkek görüşündən sonra Rusiya Ermənistana diplomatik xəbərdarlıq çərçivəsindən kənara çıxmağa qərar verib”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan Rusiya ilə münasibətlərdə sadəcə vaxt qazanmaq istəyir:

“Moskva İrəvanın Avropya İttifaqına yönəlib-yönəlməyəcəyinə qısa zamanda qərar verilməsini, referendumun keçirilməsini istəyir. Lakin baş nazir Nikol Paşinyan referendumu 2-3 il gecikdirməyə çalışır. Bununla sanki Qərbə istiqamətlənməyə maraqlı deyilmiş kimi görünmək istəyir. Bu müddət ərzində Ermənistanın ixrac bazarını şaxələndirməyi, iqtisadi asılılığı qismən azaltmağı planlayır, beləliklə Ukrayna kimi Moskva ilə əlaqələri birdən-birə kəsməyi düşünür.

Məlumata görə, Kreml Ermənistan hakimiyyətinə qarşı quru və sərt siyasət yürütmək qərarına gəlib. Beləliklə, Ermənistandan bəzi məhsulların idxalının qadağan edilməsi, Rusiya Federasiyasında yaşayan və işləyən çox sayda Ermənistan vətəndaşının deportasiyası, pul köçürmələrinin və bütün nəqliyyat kommunikasiyalarının məhdudlaşdırılması, enerjinin, xüsusən də qazın qiymətinin artması və s.  kimi addımların atılması gözlənilir. Bütün bunların Ermənistan üçün hansı nəticələrə səbəb olacağı isə sual doğurur”.

Qeyd edək ki, Bişkekdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün mübahisəli keçdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*