Rusiya Prezidenti Vladimir Putin son beş ilin ölkə tarixində çətin və son dərəcə məsuliyyətli dövr olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Dövlət Dumasının deputatları ilə görüşdə çıxışı zamanı danışıb.
Putinin sözlərinə görə, növbəti üç il üçün dövlət büdcəsinin əsas prioritetləri müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial məsələlərin həlli və iqtisadiyyatın dəstəklənməsi olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
