Putinə qarşı Qafqaz nümayəndələri tərəfindən SUİ-QƏSD ÇƏHDİ OLUB – Ukrayna MKİ rəhbəribackend

Putinə qarşı Qafqaz nümayəndələri tərəfindən SUİ-QƏSD ÇƏHDİ OLUB - Ukrayna MKİ rəhbəri

Fevralın 24-dən sonra Putinə qafqazlılar tərəfindən sui-qəsd cəhdi olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Kirill Budanov “Ukrainskoy Pravdı”ya müsahibəsində bildirib.  O, fevralın 24-də başlayan genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya Prezidenti Vladimir Putinə sui-qəsdin olduğunu iddia edir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyir ki, bu, təxminən iki ay əvvəl olub.

“Putinə qarşı sui-qəsdlər olub, hətta bir müddət əvvəl Qafqaz nümayəndələri tərəfindən sui-qəsd olub. Bu, ictimaiyyətə açıqlanmayan məlumatdır. Tamamilə uğursuz sui-qəsd cəhdi idi, amma həqiqətən də baş verib. Təqribən 2 ay əvvəl olub. Bir daha deyirəm ki, uğursuz oldu. Bu hadisə ilə bağlı heç bir məlumat yoxdur, amma belə olub”, – Budanov bildirib.

Bu yaxınlarda isə Budanov Putinin tam çıxılmaz vəziyyətdə olduğunu deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*