Putinə təzim edən Paşinyan niyə anidən Qərbə yönəldi – GİZLİ PLANbackend

Putinə təzim edən Paşinyan niyə anidən Qərbə yönəldi - GİZLİ PLAN

ABŞ və Avropanın Nikol Paşinyana verdiyi qeyd-şərtsiz dəstək Ermənistanda vəziyyəti daha da mürəkkəbləşdirir. Qərb demokratik prinsipləri deyil, özləri üçün əlverişli hesab etdikləri siyasətçinin hakimiyyətdə qalmasını dəstəkləyir. Halbuki Paşinyan hakimiyyətə ilk gəldiyi dövrdə nə sülhpərvər, nə də açıq şəkildə Qərbyönlü siyasətçi kimi tanınırdı. O, erməni minaaxtaranlarını Rusiyanın Suriyadakı missiyasına göndərir, Moskva ilə yeni hərbi bazalar barədə danışıqlar aparırdı. Eyni zamanda ölkə daxilində şəxsi hakimiyyətini gücləndirir, Konstitusiya Məhkəməsinə nəzarəti artırır və hökumətə loyal olmayan mediaya təzyiqlər edilirdi.

KONKRET.az xəbər verir ki, buna baxmayaraq, Qərbin reaksiyası zəif oldu.

Oxşar münasibət 2008-ci il prezident seçkilərində də müşahidə edildi. Həmin vaxt Serj Sərkisyan qələbəsi zamanı baş verən saxtakarlıqlara və etiraz aksiyalarının zorakılıqla dağıdılmasına Avropa institutları ciddi münasibət göstərmədilər.

Qərb uzun illərdir Ermənistana münasibətdə ikili standartlar siyasəti yürüdür və bu yanaşma indi də davam edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*