Putini mistik əlamətlər TƏQİB EDİR – MEDİA – VİDEObackend

Putini mistik əlamətlər TƏQİB EDİR - MEDİA - VİDEO

Putini mistik əlamətlər təqib edir.

KONKRET.az xəbər verir ki, “FreedDom” layihəsinin jurnalistləri Putinin sonunu və Rusiyanın süqutunu göstərən əlamətləri sadalayıblar.

Mistik təsadüflər Rusiya Prezidenti Vladimir Putini karyerasının əvvəlindən bəri təqib edir. Onun andiçmə mərasimində bayraq qaldırılmayıb. Ona uçmağı öyrədən adam ölüb. Bu yaxınlarda Rusiya Federasiyası Prezidentinin sevimli heyvanı olan “Putin” adlı pələng ölüb.

2010-cu ildə Rusiya Federasiyasının Prezidenti Frans Josef Land arxipelaqına səfər edib. Burada qütb ayısı ilə qarşılaşıb və boynuna peyk boyunluğu taxıb. Bir neçə ay sonra elm adamları heyvanın boyunluğu atdığını aşkar etdilər. Ruslar bunu pis əlamət kimi qiymətləndirib, çünki qütb ayısı Rusiya Federasiyasında simvolu hesab olunur və onun şəkli Putin tərəfdarı Vahid Rusiya partiyasının emblemidir.

Oxot dənizində Putin üçün xüsusi olaraq tutulan ağ balina ilə oxşar hadisə baş verib. Ona hərəkət izləmə sensoru taxmağa çalışdılar. Bu balina sonradan sınmış sensorla tutulub.

Lakin Putinin 2014-cü ildə ona izləyici taxmaq üçün özü ilə yatdırdığı Amur pələngi bundan sonra ölüb.

Ancaq ən təəccüblü 2012-ci ilin sentyabrında Sibir durnaları ilə baş verən hadisə olub. O, quşlara isti iqlimə aparan yolu göstərib. Sibir durnaları cənuba uçmaqdan imtina edib, əməliyyat uğursuz olub. Daha sonra Putinə uçmağı öyrədən şəxs təyyarə qəzasında ölüb.

2018-ci ildə Putinin andiçmə mərasimi zamanı əsgərlər Rusiya bayrağını qaldıra bilməyib, bayraq dirəyinə ilişib qalıb. Deyirlər ki, bu həm Rusiya Prezidenti, həm də ölkəsi üçün pis əlamətdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*