Putini müharibəyə təhrik edən KİMLƏRDİR? – “The Times”ın ARAŞDIRMASIbackend

Putini müharibəyə təhrik edən KİMLƏRDİR? - “The Times”ın ARAŞDIRMASI

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və  Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Ukraynaya silahlı müdaxilənin ən qatı tərəfdarları olub və faktiki olaraq prezident Vladimir Putini əməliyyata başlamağa inandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri yazıb.

Jurnalın bu sayında araşdırmaçı Ouen Metyusun bu yaxınlarda çapdan çıxacaq kitabından çıxarışlar dərc olunub. Müəllif işğala hazırlıq tarixi ilə tanış olan rus xadimləri ilə söhbətlər aparıb.

Metyusun fikrincə, Patruşev, Bortnikov və Rusiya hüquq-mühafizə orqanlarında onlara yaxın olan digər şəxslər Ukraynaya “önləyici” zərbənin vacibliyini önə çəkib. Həmçinin hakimiyyəti guya Qərbdən gələn təhlükədən xilas olmaq üçün yeganə yolun işğal hərəkatına başlamaq olduğuna inandırıblar.

İşğalı birbaşa hazırlayanlar arasında Patruşev, Bortnikov və Putinin özündən başqa, müdafiə naziri Sergey Şoyqunun da adı hallanır. Lakin kitabdakı məlumatlara görə, o, təkcə ideoloq yox, eyni zamanda bəzən tərəddüd də göstərən tərəf də olub.

İddialara görə, müharibə ilə bağlı əsas qərar, 2021-ci ilin yayının sonunda verilib. Xarici işlər naziri Sergey Lavrova isə müharibədən qaçmaq üçün Qərbdən daha çox güzəşt almağa çalışmaq tapşırılıb. Müəllif yazır ki, Lavrovun özü də qarşıdurmanın sülh yolu ilə nəticələnməsinə nail olmaq istəyirdi və əmin idi ki, Putin də bunu istəyir. Rusiyanın Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında tərtib etdiyi sözdə təhlükəsizlik zəmanəti tələbləri Qərb üçün məqbul deyildi. “The Times” ekspertlərinə görə, Qərb və Britaniya diplomatları bu tələbləri yanlış şərh ediblər. Onlar hesab edirdilər ki, Rusiya danışıqlar aparmaq və Qərbi güzəştlərə getməyin zəruriliyinə inandırmaq istəyir.

“The Times” yazır ki, Rusiya elitasının əksəriyyəti, hətta Təhlükəsizlik Şurasının üzvləri belə, Putinin fevralın 21-dək müharibəyə başlamaq qərarından xəbəri olmayıb. İddia olunur ki, Putinin mətbuat katibi Dmitri Peskov müharibə başlayandan sonra şəxsi söhbətində qeyd edib ki, Təhlükəsizlik Şurasının əksər üzvlərinə (məsələn, Lavrov da daxil olmaqla) Kiyevə qarşı gözlənilən hücum barədə yalnız bu iclasdan sonra məlumat verilib.

Nəşrin yazdığına görə, Putinin qondarma xüsusi əməliyyata başlamaq üçün müraciəti fevralın 23-də qeydə alınıb. Ertəsi gün səhər tezdən Ukraynaya geniş miqyaslı işğal başlayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*