Putinin Bakı səfərində diqqətçəkən detal… – VİDEObackend

Putinin Bakı səfərində diqqətçəkən detal... - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Bakıya gəlib.

KONKRET.az xəbər verir ki, V.Putinin Bakı səfərində diqqətçəkən onun zirehli xidməti avtomobilinin trapın yaxınlığında sahibini gözləməsidir. Həmçinin Rusiya prezidentinin xidməti maşınını müşayiət edən kortejdəki avtomobillər də onun mühafizəsində iştirak edirdilər.

Görünür, təhlükəsizliklə bağlı avtomobil karvanı, xidməti maşın da daxil olmaqla, xüsusi reyslə Bakıya gətirilib.

Xatırladaq ki, bu cür təcrübələrə ayrı-ayrı ölkələrin prezidentlərinin dövlət səfərlərində vaxtaşırı rast gəlinir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəzi səfərlərində xidməti avtomobili həmin ölkəyə aparılır.//Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*