“Putinin qarşısı vaxtında alınmasa, ABŞ və Britaniyanı da İŞĞAL EDƏCƏK” – Poroşenko + VİDEObackend

"Putinin qarşısı vaxtında alınmasa, ABŞ və Britaniyanı da İŞĞAL EDƏCƏK" - Poroşenko VİDEO

“Putinə güzəştə getsəniz, o, daha da irəli gedib, Şotlandiya ilə Alyaskanı istəyəcək!”

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Petro Poroşenkonun deyib. Onun sözlərinə görə, Rusiya Ukraynadan sonra Şotlandiya və Alyaskanı almaq üçün Böyük Britaniya və ABŞ-a gedəcək.

“Putinlə güzəştə getsəniz, o, daha da irəli gedəcək! Bu gün o, Ukraynanın Krım və Donbasdan imtina etməsi tələbini kompromis hesab edir. Sabah Böyük Britaniyadan Şotlandiyanı tələb edə bilər. O biri gün ABŞ-dan Alyaskanı istəyəcək.

Putin təkcə Ukraynanı yox, bütün Qərbi, o cümlədən Britaniya və ABŞ-ı məhv etmək istəyir. Onu Avropanın şərq cinahında nə qədər tez dayandırsaq, Avropa üçün sülh və təhlükəsizliyin qiyməti bir o qədər az olacaq”, – deyə Poroşenko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*