Putinin sözçüsündən Qarabağa sülhməramlıların yerləşdirilməsi məsələsi ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Putinin sözçüsündən Qarabağa sülhməramlıların yerləşdirilməsi məsələsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Qarabağa sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı danışıb.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov sülhməramlı, yaxud müşahidəçilərin regionda yerləşməsinin yalnız rəsmi Bakı və Yerevanın qarşılıqlı razılığı ilə mümkün ola biləcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün “HaberTürk” telekanalına verdiyi müsahibədə Qarabağa sülhməramlıların yerləşdirilməsinin yalnız Azərbaycan və Ermənistanın birgə razılığı ilə mümkün ola biləcəyini bildirmiş, lakin bunun ən son variant olduğunu qeyd etmişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*