Putinin Türkiyəyə nə zaman səfər edəcəyinə aydınlıq gətirildibackend

Putinin Türkiyəyə nə zaman səfər edəcəyinə aydınlıq gətirildi

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq.

KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında hələ də həll olunmamış problemlər var, lakin onların həlli üçün siyasi iradə də var.

Peskov Astanada Rusiya və Türkiyə liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq məsələlərdən da danışıb.

“Putin və Ərdoğan yəqin ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Putin və Ərdoğan görüşündə Suriyadakı vəziyyətin müzakirə olunacağını, Moskvanın Suriyadakı vəziyyəti nizamlamaq üçün çox səy göstərdiyini əlavə edib. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*