Putinin Ukraynanı dünya xəritəsindən silmək planı iflasa uğradı – Litva XİN rəhbəribackend

Putinin Ukraynanı dünya xəritəsindən silmək planı iflasa uğradı - Litva XİN rəhbəri

“Putinin Ukraynanı dünya xəritəsindən silmək planı iflasa uğrayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis “Twitter” səhifəsində yazıb.

“Putinin Ukraynanı dünya xəritəsindən silmək üçün soyqırım planı iflasa uğradı. O, danışıqlar aparmaq iqtidarında deyil. Müharibə onun qeyd-şərtsiz təslim olması ilə başa çatmalıdır”, – deyə Landsbergis bildirib.

O vurğulayıb ki, Ukrayna qəhrəmanları hər gün dünya ictimaiyyətini heyrətləndirir.

“İndi dəqiqdir ki, Ukrayna ilk gündən lazımi avadanlıqla təmin olunsaydı, Rusiyanı bir neçə ay əvvəl qova bilərdi. Əgər biz Ukraynanı tez bir zamanda silahlandırsaydıq, minlərlə ev dağılmazdı. Minlərlə insanın həyatını xilas etmək olardı. Artıq minlərlə uşaq valideynləri ilə təhlükəsiz olacaq”, – deyə Litvanın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Prezidentinin törətdiyi hər bir cinayətlərin qarçısında tam dəstəyə layiqdir.

“Ukrayna xalqı bizim hörmətimizi qazanmaq üçün kifayət qədər çox şey edib. İndi biz onlara bu müharibəni tez və əbədi olaraq bitirməkdə kömək etməliyik”, – Landsbergis deyib.

“Aydın qırmızı xətlər çəkilməlidir və onları keçməyin nəticələri çox aydın şəkildə Putinə çatdırılmalıdır ki, o, hər hansı ümidsiz son addımlardan çəkinsin”, – Landsbergis deyib.

Həmçinin, o, sözlərinə davam etdi, Beynəlxalq Cinayət Məhkəməsi və digərləri tezliklə azad edilmiş ərazilərə göndərilməlidir ki, orada törədilən cinayətləri araşdırsınlar. Ukraynanın NATO və Aİ-yə inteqrasiyası sürətləndirilməlidir.

“Terrorçularla daha danışıqlara ehtiyac yoxdur. Ukraynanın gücünə şübhə edənlər üzr istəməlidirlər. Ukrayna hamımızı qorudu, hətta bəziləri bunun uğur qazanacağına inanmasa da. Bizim dərin minnətdarlığımızı bildirməyin vaxtı çatıb”, – deyə Litva Xarici İşlər Nazirliyi vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*