“Qaçqınkom”: “Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir”backend

"Qaçqınkom": "Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir"

Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunan müşavirədə bildirilib.

Toplantıda Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin – doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*