Moskva vilayətinin Barvixa qəsəbəsində polis əməkdaşları çantasında iki kiloqramdan artıq heroin olan qadını saxlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi Rusiya DİN Baş İdarəsinin region üzrə mətbuat xidmətinə istinadən yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 48 yaşlı cinayətkarın telefonunda narkotik vasitələrin hardan götürdyünün ünvanı da aşkar edilib.
Hadisə yerinə baxış zamanı yaşayış məntəqələrindən birinin yanında əməliyyatçılar kollardakı gizli yer aşkar ediblər.
Qeyd olunur ki, qadına 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Babək Göyüş
KONKRET.az
