“Baş nazirin həyat yoldaşı Anna Akopyan 2 gün əvvəl Brüsseldə Qadın Siyasi Liderlərin onuncu ildönümünə həsr olunmuş tədbirdə iştirak etdiyini açıqladı və bildirdi ki, Avropa Parlamentində iki günlük sammit əlamətdar oldu”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni qəzeti “Hraparak” məlumat yayıb. Daha sonra nəşr yazır:
“Anna Akopyanın paylaşdığı fotolardan məlum olub ki, onu “Mülki müqavilə” fraksiyasından olan qadın deputatlar müşayiət ediblər: Heriknaz Tiqranyan, Lena Nazaryan, Mariya Karapetyan, Arusyak Culkakyan, Taquhi Qazaryan. Yəqin ki, onlar da özlərini qadın lider hesab edirlər.
Müşahidə Şurası sədrinin sərəncamına əsasən, ezamiyyətlə bağlı xərclər – yol pulu, gündəlik pul, yaşayış xərcləri dövlət büdcəsindən qarşılanıb.
Qadınların gediş-gəlişinin vergi ödəyicilərimizə nə qədər baha başa gəldiyi bəlli deyil. Amma bu sıraya Akopyanın saç ustasını, cangüdənini və köməkçisini də əlavə etsək, dövlətin bu işə nə qədər əlavə vəsait ödədiyini aydın görmək olar”, – “Hraparak” yazıb.
Günel Mikayılova,
KONKRET.az
