“Qadın və kişi işçilərin otaqları ayrı olmalıdır, heç bir qadın çadrasız işə gəlməsin!” – İran rəsmisibackend

"Qadın və kişi işçilərin otaqları ayrı olmalıdır, heç bir qadın çadrasız işə gəlməsin!" - İran rəsmisi

İran rəsmisi vətəndaşlara sərsəm xəbərdarlıq edib: “Qadın və kişi işçilərin otaqları ayrı olmalıdır, heç bir qadın çadrasız işə gəlməsin!”

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Buşehr şəhərinin başçısı İranın dövlət qurumlarında qadın və kişilər arasında ayrı-seçkilik yaradacaq əsassız və gülməli fikirlər irəli sürüb.

O deyib ki, iş yerlərində kişi və qadınlar bir otaqda otura bilməz, ayrı-ayrı otaqlarda oturmalıdırlar və əməl etməyən məmur işdən qovulacaq.

“Bütün icra orqanlarında kişilər və qadınlar üçün ayrıca otaqlar olmalı və heç bir xanım işçi Buşehr şəhərinin İnzibati Şurasının iclaslarına çadrasız qatıla bilməz.

And olsun ki, buna əməl etməyən hər bir vəzifəli şəxs işdən azad ediləcək”, – deyə rəsmi şəxs bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*