Azərbaycan şou-biznesi və incəsənət aləmi illər ərzində bir çox tanınmış simasını itirib. Bəziləri ağır xəstəliklərdən, digərləri qəfil ürək tutması, insult və yol qəzaları nəticəsində gənc yaşda dünyasını dəyişib. Onların vaxtsız ölümü həm sənət dostlarını, həm də pərəstişkarlarını kədərləndirib. Bəs hansı tanınmış simalar neçə yaşında vəfat edib?
KONKRET.az “Yeni Sabah”-a istinadən vaxtsız dünyasını dəyişən tanınmışların siyahısını təqdim edir:
1. Rəhim Rəhimli – Müğənni 2022-ci il sentyabrın 30-da 45 yaşında ürək tutmasından vəfat edib. Bülbülə qəbiristanlığında dəfn olunub. İnternetdən sifariş
2. Hüseyn Dərya – Məşhur reper 2014-cü ildə 38 yaşında ağır yol qəzasında həyatını itirib. Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
3. Xanım Qafarova – Aktrisa süd vəzi xərçəngindən əziyyət çəkib. 2014-cü il iyulun 11-də 47 yaşında vəfat edib. Kürdəxanı qəbiristanlığında dəfn olunub.
4. Rüfət Mehdiyev – Müğənni və aktyor 2011-ci il fevralın 1-də qəfil insult keçirərək 41 yaşında dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.
5. Vüqar Biləcəri – “De, Gəlsin!” layihəsi ilə tanınan meyxanaçı 2020-ci il avqustun 29-da 32 yaşında vəfat edib. Uzun müddət qanqren xəstəliyindən əziyyət çəkən şair Hökməli qəbiristanlığında dəfn olunub.
6. Anar Nağılbaz – Repçi və aktyor 2018-ci il avqustun 4-də 42 yaşında vəfat edib. Sirrozdan əziyyət çəkən sənətçinin ölümünə daxili qanaxma səbəb olub. Masazır qəbiristanlığında torpağa tapşırılıb. Masazır qəbiristanlığında torpağa tapşırılıb.
7. Aydın Xırdalanlı – Meyxanaçı 2019-cu il martın 23-də 41 yaşında dünyasını dəyişib. Ona qaraciyər sirrozu diaqnozu qoyulmuşdu. Xırdalan qəbiristanlığında dəfn edilib.
8. Tünzalə Əliyeva – Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2023-cü ildə 49 yaşında vəfat edib. Aktrisa “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ümumşəhər qəbiristanlığında dəfn olunub.
9. Anar Məmmədxanov – “Bakılı oğlanlar” komandasının kapitanı 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.
10. Şəfa Hüseynova – Müğənni 2005-ci il dekabrın 4-də 30 yaşında avtomobil qəzasına düşərək dünyasını dəyişib.
11. Səxavət Məmmədov – Tanınmış xanəndə 1991-ci il sentyabrın 30-da 37 yaşında avtomobil qəzasında həyatını itirib. Doğulduğu Ağdam rayonunun Abdal Gülablı kəndində dəfn olunub. Uzun illər işğal altında qalan məzarı ilə bağlı xatirələr də sənətkarın adını gündəmdə saxlayıb.
12. Aygün Bəylər – Əməkdar artist, muğam ifaçısı 2024-cü ildə 48 yaşında Ankarada xərçəng xəstəliyindən dünyasını dəyişib. Suraxanı qəbiristanlığında dəfn olunub.
13. Elnur Valeh – Meyxanaçı 16 il şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb. 2024-cü ildə xəstəxanada komaya düşən sənətçi həyatını itirib. Lənkəranda, Böyük Bazar qəbiristanlığında dəfn olunub.
14. Cabir İmanov – “Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci ildə vəfat edib. Aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
15. Azər Baxşəliyev – O, “Bozbash Pictures” layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınırdı. Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. O, 2025-ci il yanvarın 5-də vəfat edib və “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
