Məşhur aktyor 5 ildən çox həbs cəzası aldıbackend

Məşhur aktyor 5 ildən çox həbs cəzası aldı

İspaniyalı aktyor Luis Lorenso 85 yaşlı xalasına qarşı qeyri-insani rəftar və dələduzluqda təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, aktyorun keçmiş partnyoru Aransasu Suares isə 9 il 1 gün həbs cəzası alıb.

İstintaq materiallarına əsasən, cütlük yaşlı qadını yaxınlarından təcrid edib, ona lazımi qulluq göstərməyib və əmlakını ələ keçirməyə çalışıb.

Məhkəmə qadının ölümündən sonra onun əmlakına sahib çıxan Suaresin vəsiyyətnamə əsasında əldə etdiyi 15 097 avronu faizləri ilə birlikdə geri qaytarmasına qərar verib. Vəsiyyətnamə də etibarsız sayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*