“Qismən səfərbərlikdə qadınların orduya çağırışı yoxdur və gələcəkdə də nəzərdə tutulmayıb”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Müdafiə nazirliyi açıqlayıb:
“Bu bütün qadınlara aiddir. Yəni ailə vəziyyəti, uşaq sayı və şəxsi şərait istisnaları yoxdur”.
Qeyd edək ki, rus qadınlarının “müharibəyə yox” etirazları kişilərin orduya çağırılması ilə bağlı idi və onlar bunu soyqırım kimi qiymətləndirirdilər.
Anar Rəhimov,
KONKRET.az
