Qalkin Putini ələ saldı: “300 metrlik tuncdan abidəsi ucaldılsın” – VİDEObackend

Qalkin Putini ələ saldı: “300 metrlik tuncdan abidəsi ucaldılsın” - VİDEO

Rusiyalı yumorist Maksim Qalkin konsertlərinin birində Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyaraq ona 300 metrlik tuncdan abidə ucaltmaqla əbədiləşdirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, internetdə Maksimin çıxışından bir parça yerləşdirilib.

“Özü üzən sualtı aparat (batiskaf), onun üzərində qırıcı təyyarə, onun üzərində “Lada Kalina” avtomobili, onun üzərində Putin kimonoda, xokkey dəbilqəsində dayanıb. Bir əlində gildən hazırlanmış iki qulplu qab (amfora), digər əlində durnalar var. Onun belində Şevçukun əli ilə yazılan “Vətən” sözü. Bütün bunları hökumət üzvləri, sadə kəndlilər, fəhlələr əllərində tutur, orada isə qızılı hərflərlə “xoşuna gəlsə də, gəlməsə də döz, mənim gözəlçəm” sözləri yazılıb”. Maksim Qalkin səhnədə belə deyib.

Onun bu sözlərindən sonra zal gülüşdən “partlayıb”, tamaşaçılar yüksək səslə alqışlayıblar.
Parodist Qərb şirkətlərinin Rusiya bazarını tərk etdiyini də xatırladıb.

Maksim LEGO-nun getməsi ilə Rusiyada yüksək keyfiyyətli təyyarə istehsalına son ümidin də buxarlandığını vurğulayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*