Qanuni oğru “Yaponçik”in qətlinə görə bir nəfər saxlanıldıbackend

Qanuni oğru “Yaponçik”in qətlinə görə bir nəfər saxlanıldı

2009-cu ildə “Yaponçik” ləqəbli kriminal avtoritet – Vyaçeslav İvankovun qətli ilə bağlı cinayət işi üzrə Murtaz Şadaniya təqsirləndirilən şəxs qismində saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko “İnterfaks” agentliyinə bildirib.

Qətldə yanaşı, ona qanunsuz silah dövriyyəsində ittiham da irəli sürülüb.

İstintaqın məlumatına görə, Şadaniya İvankovun arxasında gizli müşahidələr aparmış, sonradan “Yaponçık”i qətlə yetirmiş silahların Moskvaya nəqlini təşkil etmiş, həmçinin cinayətin törədilməsi zamanı mütəşəkkil qrupun iştirakçılarının təhlükəsizliyini təmin etmişdir.

Vyaçeslav İvankov 28 iyul 2009-cu ildə Moskvada Xoroşev şosesində yerləşən restoranda ağır yaralanıb. O, iki aydan sonra aldığı yaralardan dünyasını dəyişib. O zaman “Yaponçik” cinayətkar iyerarxiyanın ən yüksək pilləsində “qanuni oğru” statusuna malik idi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*