Qanunsuz ov edən şəxslər CƏZLANDIRILDIbackend

Qanunsuz ov edən şəxslər CƏZLANDIRILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov KONKRET.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ələsgər Vahabov, Sumqayıt şəhər sakini Ziyad Əhmədov, Xaçmaz rayon sakinləri Emirmət Vəlimətov və Ceyhun Səmədov, Siyəzən rayon sakini Nəsrəddin Musayev, Mingəçevir şəhər sakini Sahib Mahmudov, Yevlax rayon sakini Vasif Bəkirov və Salyan rayon sakini Daşqın Əliyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 620 metr uzunluğunda sintetik tor götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda keçirilən nəzarət tədbirləri zamanı Şabran, Biləsuvar və Neftçala rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

“Araşdırma zamanı brakonyerlərin Quba rayon sakini Zabit Əliyarov, Biləsuvar rayon sakinləri Ələkbər Bədəlzadə və Saleh Hüseynli, Neftçala şəhər sakini Xəyal Sadıqov olduğu məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*